İsveç Dövlət Müdafiə Tədqiqatları İnstitutu: “Gürcüstanın Sxinvaliyə hücum planını yəhudi general Qal Xirş hazırlayıb, hücumda minə yaxın israilli hərbçi iştirak edib”

İsveç Dövlət Müdafiə Tədqiqatları İnstitutu: “Gürcüstanın Sxinvaliyə hücum planını yəhudi general Qal Xirş hazırlayıb, hücumda minə yaxın israilli hərbçi iştirak edib”
# 23 sentyabr 2008 10:01 (UTC +04:00)
Hesabatda qeyd olunur ki, Cənubi Osetiya ərazisinə daxil olan minlərlə gürcü hərbçisi arasında İsrailli general Qal Xirş də olub. Qeyd edək ki, Qal Xirş İsrailin Livanda həyata keçirdiyi hərbi əməliyyatları hazırlayan şəxsdir. İsveç Dövlət Müdafiə Tədqiqatları İnstitutu Gürcüstanın Sxinvalidə həyata keçirdiyi əməliyyatın da texniki tərəflərini general Qal Xirşin hazırladığını bildirib.
İsveçli mütəxəssislər Tel-Əvivlə Gürcüstan arasında yüksək səviyyəli münasibətləri İsrailin İrana qarşı hücuma hazırlaşması və bu prosesdə Gürcüstandan platsdarm kimi istifadə etmək istəyi ilə əlaqələndiriblər: “Tiflislə Tel-Əvivlə əldə olunan razılaşmaya əsasən Gürcüstan iki hərbi aerodromu İsrailə icarəyə verib. Bu aerodromlardan havaya qalxacaq İsrail qırıcıları İranın nüvə obyektlərinə havadan zərbə endirəcəklər”.
Hesabatda qeyd olunur ki, Tel-Əvivin Gürcüstana digər marağı neft tranzit xətti ilə əlaqədardır: “Azərbaycanın neft yataqlarından hasil olunan neftin 20 faizini İsrail alır. Bu neft Adana limanına Bakı-Tiflis-Ceyhan əsas ixrac kəməri vasitəsilə çıxır ki, İsrail də bu kəmərin fəaliyyət göstərməsində maraqlıdır”.
Hesabat barədə oxucularını məlumatlandıran Svenska Dagbladet qəzetinin yazdığına görə, Moskva İsrail hərbçilərinin Cənubi Osetiyadakı hərbi əməliyyatlarda iştirakı barədə məlumata malik olsa da, bu ölkə ilə ikitərəfli münasibətləri korlamamaq üçün bu faktı geniş ictimaiyyət üçün açıqlamayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR