Rusiya və Venesuela birgə neft-qaz konsorsiumu yaradır

Rusiya və Venesuela birgə neft-qaz konsorsiumu yaradır
# 26 sentyabr 2008 14:41 (UTC +04:00)
Moskva – APA. Venesuela prezidenti Uqo Çavesin Rusiyaya rəsmi səfəri çərçivəsində iki ölkənin enerji nazirləri birgə neft-qaz konsorsiumunun yaradılması barədə çərçivə sazişi imzalayıblar. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, birgə müəssisənin yaradılması ilə bağlı şərtləri özündə əks etdirəcək müqavilə oktyabrın sonunda hökumətlərarası komissiyanın iclasında imzalanacaq. Konsorsiuma Venesuelanın milli neft şirkəti PDVSA və Rusiyanın 5 enerji şirkəti – “Qazprom”, “Rosneft”, “Lukoyl”, “Surqutnefteqaz” və TNK-BP daxil olacaq. Rusiyanın energetika naziri Sergey Şmatko konsorsiumda səhm nəzarət paketinin Venesuela tərəfində olacağını bildirib. “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller isə milyardlarla dollar sərmayə qoyuluşunun nəzərdə tutulduğunu deyib. O, müəssisənin yaradılması prosesinin 2009-cu ilin yazında başa çatacağını söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR