Rusiyanı Gürcüstanda İsveçrə səfirliyi təmsil edəcək

Rusiyanı Gürcüstanda İsveçrə səfirliyi təmsil edəcək
# 04 oktyabr 2008 08:23 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA. Rəsmi Moskva ilə Tiflis arasında diplomatik əlaqələrin kəsilməsi ilə əlaqədar Rusiyanın Gürcüstanda maraqlarını İsveçrə səfirliyi təmsil edəcək. APA-nın verdiyi xəbərə görə, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, bu qərar Rusiya və Gürcüstan vətəndaşlarının maraqlarının təmin edilməsi məqsədi ilə qəbul olunub. Artıq oktyabrın 2-də İsveçrənin Tiflisdəki səfirliyi nəzdində Rusiyanın Maraqları Seksiyasının açılması ilə bağlı bütün məsələlər razılaşdırılıb. Yaxın vaxtlarda Rusiya-İsveçrə ekspert qrupları səviyyəsində məsləhətləşmələr aparılacaq.
Xatırladaq ki, Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdıqdan sonra rəsmi Tiflis avqustun sonunda Moskva ilə diplomatik əlaqələrin kəsilməsinə dair qərar qəbul edib. Rusiyanın Gürcüstandakı səfirliyi isə sentyabrın 3-də işini dayandırıb və həmin ayın 22-də rusiyalı səfir Vyaçeslav Kovalenko və səfirliyin daha 22 əməkdaşı Moskvaya dönüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR