Ermənistan gələn il dövlət büdcəsindən müdafiə xərclərinə 495,3 mln. ABŞ dolları həcmində vəsait ayırmağı planlaşdırır

Ermənistan gələn il dövlət büdcəsindən müdafiə xərclərinə 495,3 mln. ABŞ dolları həcmində vəsait ayırmağı planlaşdırır
# 24 oktyabr 2008 16:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Ermənistan gələn il dövlət büdcəsindən müdafiə xərclərinə 495,3 mln. ABŞ dolları (149,6 mlrd. dram) vəsait ayırmağı planlaşdırır. APA-nın Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu, rəsmi İrəvanın 2008-ci ildə müdafiə sektoruna yönəltdiyi vəsaitdən 34% çoxdur. Hərbi xərclər Ermənistanın 2009-cu il üçün dövlət büdcəsində xərclərin 15,7%-ni, ümumi daxili məhsulun isə 3,6%-ni təşkil edəcək.

Qeyd edək ki, rəsmi İrəvan 2008-ci ildə müdafiə xərclərinə 370 mln. dollar, 2007-ci ildə isə 273 mln. dollar vəsait yönəldib. Ermənistanın 2009-cu il dövlət büdcəsinin gəlirləri 2,9 mlrd. dollar, xərcləri isə 3,1 mlrd. dollar proqnozlaşdırılır.

Müqayisə üçün bildirək ki, 2009-cu ildə Azərbaycanın müdafiə xərcləri 1 mlrd. 205 mln. 520 min manat (təxminən 1 mlrd. 500 mln. dollar) proqnozlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR