Viktor Yuşşenko: “Baltik-Qara dəniz-Xəzər enerji tranziti məkanı Türkiyəni də maraqlandıra bilər”

Viktor Yuşşenko: “Baltik-Qara dəniz-Xəzər enerji tranziti məkanı Türkiyəni də maraqlandıra bilər”
# 28 oktyabr 2008 08:59 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Ukrayna prezidenti hesab edir ki, Baltik-Qara dəniz-Xəzər enerji tranziti məkanı yaratmaq təşəbbüsü Türkiyəni də maraqlandıra bilər. APA-nın Ukrayna prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Türkiyədə rəsmi səfərdə olan Viktor Yuşşenko baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib. O, noyabrda Bakıda enerji sammitinin keçiriləcəyini xatırladaraq bildirib ki, sammitin məqsədi bu tranzit məkanını formalaşdırmaqdır. R. T. Ərdoğan isə Ukraynanın Qara dəniz şelfindəki yataqların kəşfiyyatı ilə bağlı elan olunmuş tenderdə Türkiyənin də iştirak etmək istədiyini söyləyib.

Xatırladaq ki, V. Yuşşenko dünən Türkiyəyə iki günlük rəsmi səfərə gedib. O, həmkarı Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin sədri Köksal Toptanla görüşüb, Atatürkün mavzoleyini ziyarət edərək əklil qoyub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR