Ukrayna parlamenti növbədənkənar seçkiyə pul ayırmayıb

Ukrayna parlamenti növbədənkənar seçkiyə pul ayırmayıb
# 29 oktyabr 2008 15:47 (UTC +04:00)
Kiyev – APA. Ukrayna Ali Radası növbədənkənar parlament seçkilərinin maliyyələşdirilməsi üçün 2008-ci ilin dövlət büdcəsinə dəyişiklik barədə qanun layihəsini dəstəkləməyib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, layihənin lehinə 222 deputat (Regionlar Partiyasından 170, “Bizim Ukrayna”dan 35, Litvinin blokundan 17 nəfər) səs verib və sənədin qəbulu üçün 4 səs çatmayıb. “Yuliya Timoşenko” bloku ilə kommunistlər layihənin əleyhinə çıxıblar. Beləliklə, Ukraynada növbədənkənar parlament seçkilərinin keçirilməsi sual altında qalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR