Bu il Rusiyada milli-irqi ayrı-seçkilik zəminində 100-dən çox adam öldürülüb

Bu il Rusiyada milli-irqi ayrı-seçkilik zəminində 100-dən çox adam öldürülüb
# 04 noyabr 2008 11:35 (UTC +04:00)
Moskva – APA. Bu il ərzində Rusiyada milli-irqi və dini ayrı-seçkilik (ksenofobiya) zəminində 100-dən çox adam öldürülüb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, İnsan Hüquqları üzrə Moskva Bürosunun direktoru Aleksandr Brod 2008-ci ilin yanvar ayından oktyabr ayına qədər bu zəmində azı 254 hadisənin baş verdiyini, nəticədə 113 nəfərin öldüyünü, azı 340 nəfərin də yaralandığını açıqlayıb. O, irqçi hücumların daha çox Moskva şəhəri və Moskva vilayətində (48 ölüm, azı 162 yaralanma), Sankt-Peterburq şəhəri və Leninqrad vilayətində (19 ölüm, azı 36 yaralanma) və Sverdlovsk vilayətində (6 ölüm, 8 yaralanma) qeydə alındığını bildirib. İrqçi hücumlara ən çox məruz qalanlar özbəklər (17 ölüm, 22 yaralanma), qırğızlar (10 ölüm, 5 yaralanma), taciklər (9 ölüm, 35 yaralanma), ruslar (8 ölüm, 34 yaralanma), azərbaycanlılar (8 ölüm, 23 yaralanma) və ermənilərdir (4 ölüm, 3 yaralanma).

Hüquq müdafiəçilərinin hesablamalarına əsasən Rusiyada skinhedlərin və müxtəlif radikal qrupların üzvlərinin sayı 70 minə yaxındır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR