Aleksandr Lukaşenko: “Barak Obama mənə oxşayır”

Aleksandr Lukaşenko: “Barak Obama mənə oxşayır”
# 14 noyabr 2008 14:01 (UTC +04:00)
Minsk – APA. Belarus prezidenti Aleksandr Lukaşenko ölkə ərazisində “İsgəndər” operativ-taktiki raket sisteminin yerləşdirilməsi üçün Rusiya ilə danışıqlar apardığını açıqlayıb. APA-nın məlumatına görə, A. Lukaşenko bunu ABŞ-ın “The Wall Street Journal” qəzetinə müsahibəsində deyib. O bildirib ki, Rusiya ilə razılıq əldə olunmasa, Belarus bu raketləri özü satın alacaq: “Hazırda bunun üçün fondumuz yoxdur. Amma mən bir sirri açıram – bu raketə sahib olmaq planlarımızın bir hissəsidir”.
ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama haqqında da danışan A. Lukaşenko onun halına acıdığını söyləyib: “Obama gənc və yaraşıqlıdır. Mənim ilk təəssüratım budur. Ona yazığım gəlir. O, yüzdə yüz SSRİ-nin dağılmasından sonra hakimiyyətə gələn Lukaşenkoya oxşayır. Həmin vaxt mağazaların piştaxtaları boş idi, kəskin maliyyə böhranı vardı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR