Sabiq maliyyə naziri vəfat edib

Sabiq maliyyə naziri vəfat edib
# 20 noyabr 2008 13:33 (UTC +04:00)
Moskva-APA. Rusiyanın sabiq maliyyə naziri Boris Fyodorov 51 yaşında vəfat edib. APA-nın məlumatına görə, Rusiya kütləvi informasiya vasitələri sabiq nazirin harada vəfat etdiyi barədə informasiya əldə edə bilməyiblər. Bəzi KİV-lər Boris Fyodorovun Moskvada, “RİA Novosti” agentliyi isə onun Londonda vəfat etdiyini bildirir. Qeyd edək ki, 1990-cı ildə RSFSR hökumətində maliyyə naziri olan Fyodorov bir il sonra tutduğu vəzifədən istefa verib, 1992-ci ildə isə Rusiya baş nazirinin müavini təyin olunub. 1993-cü ildə sabiq prezident Boris Yeltsin onu maliyyə naziri vəzifəsinə təyin edib. Sonrakı illərdə müxtəlif yüksək vəzifələrdə çalışan Boris Fyodorov uzun müddət “Qazprom”, “RAO EES Rossii”, “İnqosstrax” kimi nəhəng sənaye və maliyyə qurumlarının Direktorlar Şurasının üzvü olub. 1994-cü ildə UFG Group şirkətini təsis edən Fyodorov 1994-cü ildə bu şirkəti alman Deutsche Bankına satıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR