Ukraynanın Kremençuq şəhərində Leninin heykəli dağıdılıb

Ukraynanın Kremençuq şəhərində Leninin heykəli dağıdılıb
# 25 noyabr 2008 07:29 (UTC +04:00)
Kremençuq – APA. Ukraynanın Poltava vilayətinin Kremençuq şəhərində Vladimir İliç Leninin heykəli dağıdılıb. APA-nın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, monolit betondan olan 3,5 metr hündürlüyündəki monument xırda hissəciklər şəklində parçalanıb. Bu, son bir həftə ərzində Ukraynada Leninin heykəllərinə qarşı törədilən ikinci əməldir. Noyabrın 18-də Leninin Sum şəhərindəki heykəlinin başını bədənindən ayırıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR