Ukrayna hökuməti dekabrın 1-nə qədər Rusiyaya olan borcunun bir qismini ödəyəcək

Ukrayna hökuməti dekabrın 1-nə qədər Rusiyaya olan borcunun bir qismini ödəyəcək
# 25 noyabr 2008 13:31 (UTC +04:00)
Moskva – APA. Dekabrın 1-nə qədər Ukraynanın “Naftoqaz” şirkəti Rusiyanın “Qazprom” şirkətinə olan borcunun bir hissəsini ödəyəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Moskvada “Naftoqaz”ın İdarə Heyətinin sədri Oleq Dubina və “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller arasında aparılan danışıqlarda əldə olunan razılığa əsasən Ukrayna tərəfi sentyabr ayında aldığı təbii qazın və oktyabr ayında aldığı təbii qazın bir qisminin pulunu ödəyəcək.

Qeyd edək ki, sentyabr, oktyabr və noyabr aylarında idxal olunan təbii qaza görə “Naftoqaz”ın “Qazprom”a borcu 2,4 milyard dollardır. 2008-ci ildə Rusiya və Ukrayna təbii qazın min kubmetrinin 179,5 dollardan alqı-satqısı ilə bağlı saziş imzalayıblar. 2009-cu il üçün qiymət hələlik müəyyənləşməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR