Gürcüstanda hakim partiyanın deputatı keçmiş səfiri döymək istəyib

Gürcüstanda hakim partiyanın deputatı keçmiş səfiri döymək istəyib
# 25 noyabr 2008 16:51 (UTC +04:00)
Tiflis – APA. Gürcüstanın Rusiyadakı keçmiş səfiri Erosi Kitsmarişvilinin avqust ayında baş vermiş müharibə ilə bağlı müvəqqəti parlament komissiyasına ifadə verməsi qalmaqalla nəticələnib. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, E. Kitsmarişvili ölkə rəhbərliyini günahlandırdıqdan sonra komissiyanın hakim partiyadan olan üzvü Givi Tarqamadze ona karandaş atıb. Sonra o, diplomatın üstünə hücum çəkib. Sabiq səfir təcili şəkildə zalı tərk etməli olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR