“Maşina vremeni” rok qrupunun sabiq üzvünü öldüməkdə təqsirləndirilən azərbaycanlılar həbs edilib

“Maşina vremeni” rok qrupunun sabiq üzvünü öldüməkdə təqsirləndirilən azərbaycanlılar həbs edilib
# 26 noyabr 2008 13:11 (UTC +04:00)
Moskva – APA. Moskva şəhərinin Simonovsk rayon Məhkəməsi “Maşina vremeni” adlı populyar rok qrupunun sabiq üzvü Aleksandr Zaytsevin qətli ilə bağlı iki şübhəlinin həbsinə sanksiya verib. APA-nın “RİA Novosti”yə istinadən yaydığı xəbərə görə, məhkəmə istintaqın vəsatəti əsasında Müşfiq Məmmədyarov və Viktor Qosudarev haqqında həbs-qətimkan tədbiri seçib. M. Məmmədyarov haqqında “dələduzluq” və “cinayəti bilib xəbər verməmə”, V. Qosudarev haqqında isə “qəsdən adamöldürmə” maddələri ilə cinayəti işi qaldırılıb. Bu iş üzrə əvvəl daha 2 azərbaycanlı – Əliyev və Hacıyev soyadlı şəxslər həbs olunub. İstintaqdan bildiriblər ki, şübhəlilərdən biri A. Zaytsevi məişət münaqişəsi zəminində öldürdüyünü etiraf edib.

Xatırladaq ki, A. Zaytsev ötən ilin sentyabrında itkin düşüb. Bacısı naməlum şəxslərin onu maşına basaraq apardıqlarını görüb. Qətlin A. Zaytsevin mənzilini əlindən almaq məqsədilə törədildiyi güman olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR