Nursultan Nazarbayev: “İranın atom enerjisindən dinc məqsədlərlə istifadəyə etməyə haqqı var”

Nursultan Nazarbayev: “İranın atom enerjisindən dinc məqsədlərlə istifadəyə etməyə haqqı var”
# 07 aprel 2009 08:07 (UTC +04:00)
Astana. Ləman Ağayeva - APA. “Biz hesab edirik ki, bir çox başqa dövlətlər kimi, İranın da atom enerjisindən dinc məqsədlərlə istifadəyə etməyə haqqı var”. APA-nın Qazaxıstandakı müxbirinin verdiyi məlumata görə, bu sözləri Qazaxıstan prezidenti Nursultan Nazarbayev Astanada İran prezidenti Mahmud Əhmədinejatla keçirdiyi birgə mətbuat konfransında deyib. Xəzərin ekoloji durumuna toxunan N. Nazarbayev nərə balıqlarının məhv olmasından narahatlıq duyduğunu, dənizdə nərə balığının ovlanmasına 10 il müddətinə moratorium qoyulması təklifi ilə çıxış etdiklərini söyləyib. O, Azərbaycanda bu il keçiriləcək Xəzəryanı dövlətlərin zirvə toplantısında Xəzərin hüquqi statusu probleminin müsbət həll ediləcəyinə və hər kəsi razı sala biləcək bir nəticəyə gələcəklərinə ümid etdiyini bildirdi. M. Əhmədinejat isə N. Nazarbayevin dünya maliyyə böhranından çıxmaq üçün verdiyi bütün təklifləri dəstəklədiklərini bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR