Milli Məclisin deputatı Adil Əliyev Sankt-Peterburqa gedib

Milli Məclisin deputatı Adil Əliyev Sankt-Peterburqa gedib
# 07 aprel 2009 15:57 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin deputatı Adil Əliyev MDB-də Terrorçuluq, cinayətkarlıq və narkobizneslə mübarizə sahəsində qanunvericiliyin uyğunlaşdırılması üzrə birgə komissiyanın işində iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə gedib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda “Dövlət sərhədləri haqqında”, “Sərhəd təhlükəsizliyi haqqında”, “Terrorçuluqla mübarizə haqqında” model qanun layihələrinin, kimyəvi və bioloji təhlükəsizliyin təmin olunması sahəsində MDB iştirakçısı olan dövlətlərin Antidopinq Məcəlləsinin və milli qanunvericiliklərin uyğunlaşdırılması layihələrinin müzakirəsi keçiriləcək. A. Əliyev müzakirə olunan məsələlərə münasibətini bildirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR