Piter Semnebi Gürcüstandadır

Piter Semnebi Gürcüstandadır
# 09 aprel 2009 06:49 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Avropa İttifaqının Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Piter Semnebi Bakıdan Tiflisə gəlib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, o, aprelin 9-da Tiflisdə bəzi görüşlər keçirəcək.

Xatırladaq ki, Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri bir neçə gün əvvəl 9 aprel aksiyasının təşkilatçıları ilə görüşüb, fikir və rəylərini söyləyiblər. Diplomatik korpus təmsilçiləri 9 aprel aksiyasında müxalifətin bəyanatlarını və hökumətin reaksiyanı diqqətlə izləyəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR