Gürcüstan parlamenti qarşısında müxalifətin mitinqi davam edir

Gürcüstan parlamenti qarşısında müxalifətin mitinqi davam edir
# 11 aprel 2009 10:23 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Keçən gecə Gürcüstan parlamenti qarşısında sakitlik olub. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, gecə saatlarında parlament qarşısında 200 nəfərədək aksiya iştirakçısı qalıb və burada qurulan aparaturanı qoruyub. Ombudsman təsisatının 10 nəfər nümayəndəsi də aksiya iştirakçıları ilə olub. Gecə «Mühafizəkarlar», «Sülh körpüsü», «Veteranlar hərəkatı – gücü», «Gürcüstan Naminə Alyans» partiyalarının üzvləri parlamentin qarşısında növbətçilik edib. Rustaveli prospektində Çitadze küçəsinə qədər nəqliyyatın hərəkəti dayandırılıb. Səhər saatlarında əhali aksiya yerinə toplaşmağa başlayıb. Artıq 1000-dək insan parlamentin qarşısına toplaşıb. Müxalifət liderlərinin saat 15:00-da aksiyaya qoşulacağı gözlənilir. Aksiya iştirakçıları prezident Mixail Saakaşvilinin istefasını tələb edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR