“Bilayn” şirkətinin Gürcüstanda fəaliyyət göstərməsinin iki ili tamam olub

“Bilayn” şirkətinin Gürcüstanda fəaliyyət göstərməsinin iki ili tamam olub
# 22 aprel 2009 09:26 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Aprelin 21-də Tiflisdə "Bilayn" şirkətinin Gürcüstanda fəaliyyət göstərməsinin 2 illiyi münasibətilə mətbuat konfransı keçirilib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, "Bilayn"ın MDB ölkələri üzrə prezidenti Dmitri Pleskonos jurnalistlərə şirkətin qarşısında duran ən vacib vəzifələr barədə məlumat verib. O, şirkətin 6 ölkədə - Gürcüstan, Ermənistan, Qazaxıstan, Ukrayna, Özbəkistan və Tacikistanda fəaliyyət göstərdiyini sцyləyib. D. Pleskonos APA-nın “şirkət müvəqqəti işğal olunmuş torpaqlarda, o cümlədən Dağlıq Qarabağda fəaliyyət göstərirmi” sualına belə cavab verib: “Biz müvəqqəti işğal olunmuş torpaqlarda işləmirik. Bu, hüquqi və normativ aktlara ziddir”. Azərbaycanda nə üçün iş qurmadıqları haqda sualı cavablandıran D. Pleskonos hər zaman Azərbaycanda çalışmağı düşündüklərini deyib: “Obyektiv qeyd etsək, orada kifayət qədər operator resursları var. Hələlik Azərbaycan bazarına daxil ola bilmirik. Bunun üçün bizə tərəfdaş lazımdır, o da yoxdur. Azərbaycan çox maraqlı ölkədir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR