Rusiya və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcəklər

Rusiya və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcəklər
# 23 aprel 2009 08:21 (UTC +04:00)
Moskva – APA. Ermənistan prezidenti Serj Sarkisyan aprelin 22-də Rusiyaya işgüzar səfərə yola düşüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, S. Sarkisyan bu gün Rusiya prezidenti Dmitri Medvedevlə təkbətək görüş keçirəcək. Kremldən bildiriblər ki, görüşdə ikitərəfli münasibətlərin geniş spektri, qlobal maliyyə böhranının neqativ nəticələrinin aradan qaldırılması, Cənubi Qafqazda vəziyyət və bir sıra aktual beynəlxalq məsələlər müzakirə ediləcək: “Enerji sahəsində əməkdaşlıq məsələlərinə də xüsusi diqqət yetiriləcək. Rusiyanın təsərrüfat subyektləri Ermənistanın təbii qaz və nüvə yanacağına olan tələbatını tamamilə ödəyir və birgə hidroelektrik layihələr həyata keçirilir”.

Kremldən verilən açıqlamaya əsasən prezidentlər Dağlıq Qarabağ problemini də müzakirə edəcəklər: “ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın Dağlıq Qarabağ nizamlanmasına dair prinsipial mövqeyi dəyişməz qalır: Moskva hər iki tərəfin qəbul edəcəyi qərarların axtarışında Bakı və İrəvana bundan sonra da kömək göstərmək niyyətindədir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR