MDB gəncləri üçün beynəlxalq düşərgə fəaliyyət göstərəcək

MDB gəncləri üçün beynəlxalq düşərgə fəaliyyət göstərəcək
# 27 aprel 2009 12:37 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Mayın 11-dən iyunun 19-na kimi Belarusda yerləşən «Zubryonok» Milli uşaq sağlamlıq düşərgəsi bazasında beynəlxalq gənclər düşərgəsi fəaliyyət göstərəcək. Müstəqil Dövlətlər Birliyinin (MDB) İcra Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşərgədə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Russiya, Tacikistan və Ermənistandan olan gənclər iştirak edəcəklər. Tədbir beynəlxalq gənclər əməkdaşlığının inkişafı, dövlət gənclər siyasətinin reallaşdırılması barədə məlumatlandırılması, dostluq əlaqələrin möhkəmləndirilməsi, gənclərin MDB ölkələri barədə məlumatlarının genişləndirilməsi məqsədi daşıyır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR