Xəzəryanı ölkələrin təhlükəsizlik, yeni çağırış və təhlükələrə qarşı ekspertlərinin konfransı təxirə salınıb

Xəzəryanı ölkələrin təhlükəsizlik, yeni çağırış və təhlükələrə qarşı ekspertlərinin konfransı təxirə salınıb
# 27 aprel 2009 13:45 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Aprelin sonunda Bakıda keçirilməsi nəzərdə tutulmuş Xəzəryanı ölkələrin təhlükəsizlik, yeni çağırış və təhlükələrə qarşı ekspertlərinin konfransı təxirə salınıb. XİN mətbuat katibi Elxan Poluxovun APA-ya verdiyi məlumata görə, tədbir texniki səbəblərdən təxirə salınıb. Xatırladaq ki, belə bir görüşün keçirilməsi barədə qərar Xəzəryanı ölkələrin 2007-ci ilin noyabrında Tehranda keçirilən ikinci sammitində qərara alınmışdı. Bu il aprelin 14-15-də Moskvada Xəzərin hüquqi statusuna dair işçi qrupun görüşü çərçivəsində işçi qrupa rəhbərlik edən 5 Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri bu konfransın aprelin sonuncu ongünlüyündə keçirmək barədə razılığa gəlmişdilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR