Permdə baş verən yanğına görə dörd nəfərə ittiham irəli sürülüb

Permdə baş verən yanğına görə dörd nəfərə ittiham irəli sürülüb
# 07 dekabr 2009 15:37 (UTC +04:00)
Moskva-APA. Rusiya Prokurorluğunun İstintaq Komitəsinin baş təhqiqat idarəsi Permdə “Axsaq at” klubunda baş verən yanğınla bağlı dörd nəfərə qarşı ittiham irəli sürüb.

APA-nın məlumatına görə, klubun icraçı direktoru Svetlana Yefremova, art-direktor Oleq Fetkulov, klubun həmtəsisçisi Anatoli Zık yanğın təhlükəsizliyi qaydalarının pozulmasında - iki və daha artıq şəxsin ölümü ilə nəticələnən - ittiham olunurlar. Dördüncü şübhəli şəxs, “Piroçvet” pirotexniki şirkətin direktoru Sergey Derbenyevə ehtiyatsızlıqdan iki və da artıq şəxsə xəsarət yetirmək maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, “Axsaq at” klubunda baş verən yanğın nəticəsində 113 nəfər ölüb, 120 nəfər isə yaralanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR