Dmitri Medvedev: “Rusiya Ermənistanla Türkiyə arasındakı münasibətlərin normallaşmasını alqışlayır”

Dmitri Medvedev: “Rusiya Ermənistanla Türkiyə arasındakı münasibətlərin normallaşmasını alqışlayır”
# 09 dekabr 2009 12:09 (UTC +04:00)
Bakı – APA. “Rusiya Ermənistanla Türkiyə arasındakı münasibətlərin normallaşmasını alqışlayır və prosesə bundan sonra da dəstək vermək niyyətindədir”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu agentliyin təşkilatçılığı ilə keçirilən Avropa və Asiya Media Forumunda Rusiya prezidenti Dmitri Medvedev deyib. O, jurnalistlərin bu mövzuda sualına cavabında Ermənistan-Türkiyə münasibətlərinin istiləşməsi və XX əsrdə mövcud olmuş problemlərin həlli axtarışlarına müsbət yanaşdıqlarını söyləyib. D. Medvedevin fikrincə, bu məsələdə əsas məqam ondan ibarətdir ki, digər dövlətlər münasibətlərin bərpasının kiməsə qarşı yönəlmədiyini anlamalıdır: “Bu mesaj düzgün verilərsə, bu prosesi diqqətlə izləyən digər ölkələrdə gərginlik olmaz”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR