Gürcüstanda cəzaların icrası və hüquqi yardım naziri təyin edilib

Gürcüstanda cəzaların icrası və hüquqi yardım naziri təyin edilib
# 21 dekabr 2009 16:45 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda cəzaların icrası və hüquqi yardım naziri postuna təyinat olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu vəzifəyə Xatuna Kalmaxelidze təyin edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın baş naziri Nika Qilauri bu gün təyinatla bağlı sərəncam imzalayıb. Baş nazir bildirib ki, X. Kalmaxelidze indiyədək Gürcüstan Xarici İşlər Nazirliyində işləyib və indi o, çox mürəkkəb bir işə başlayır. Baş nazir ümidvar olduğunu bildirib ki, o, yeni vəzifənin öhdəsindən bacarıqla gələcək.
Xatuna Kalmaxelidze bildirib ki, bu gün Gürcüstanda demokratiya sahəsində islahatlar həyata keçirilir və o, öz yeni işinə rəhbərlik edəndə humanizmi əsas tutacaq, bu işdə Dmitri Şaşkinin başladığı işi davam etdirəcək. Qeyd edək ki, əvvəlki nazir Dmitri Şaşkin bu yaxınlarda Gürcüstanın elm və təhsil naziri təyin edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR