Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 10 nəfərə çatıb

Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 10 nəfərə çatıb
# 28 dekabr 2009 12:01 (UTC +04:00)
Kutaisi-APA. Gürcüstanda daha bir nəfər təhlükəli “donuz qripi”ndən dünyasını dəyişib. APA-nın məlumatına görə, üç gün əvvəl ağır vəziyyətdə Kutaisi şəhər xəstəxanasına gətirilən 27 yaşlı Aleksandr Sulakvelidzenin həyatını xilas etmək mümkün olmayıb. Bununla da Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 10 nəfərə çatıb. Xatırladaq ki, indiyə kimi Gürcüstanda A/H1N1 virusuna yoluxmaya dair 1021 fakt qeydə alınıb. Hazırda ölkə xəstəxanalarında bu virusa yoluxmuş 21 nəfər həkim nəzarəti altındadır, onlardan yeddi nəfərin vəziyyəti ağırdır. Xəstəxanada müalicə olunan şəxslər arasında 3 hamilə qadın da var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR