Ukraynada prezident seçkiləri başa çatıb, hazırkı dövlət başısı Yuşşenko məğlub olub, II turda isə Yanukoviçlə Timoşenko mübarizə aparacaq

Ukraynada prezident seçkiləri başa çatıb, hazırkı dövlət başısı Yuşşenko məğlub olub, II turda isə Yanukoviçlə Timoşenko mübarizə aparacaq
# 17 yanvar 2010 20:09 (UTC +04:00)
Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, seçicilərin 50 faizdən çoxu səsvermə hüququndan istifadə etdiyi üçün seçki baş tutmuş sayılıb.

“Exit-poll”un nəticələrinə görə, birinci turda Regionlar Partiyasının lideri, sabiq baş nazir Viktor Yanukoviç qələbə qazanıb. İkinci yeri hazırkı baş nazir Yuliya Timoşenko, üçüncü yeri isə bank sahibi Sergey Tiqipko tutub. SOCİS şirkətinin “İnter” telekanalı üçün keçirdiyi “exit-poll”-un nəticəsinə əsasən, Yanukoviç 36,3%, Timoşenko 25%, bankir Tikipko 13,5%, İCTV-nin keçirdiyi “exit-poll”-a görə, Yanukoviç 35,06%, Timoşenko 25,72%, Tiqipko 13,41%, “Savik Şuster Studio”-nun keçirdiyi “exit-poll”-un nəticəsinə əsasən, Yanukoviç 34,7%, Timoşenko və Tiqipko hərəyə 13,2%, “Milli exit-poll-2010”-un nəticəsinə görə isə Yanukoviç 31,5%, Timoşenko 27,2%, Tiqipko isə 13,5% səs toplayıb.

Hazırkı prezident Viktor Yuşşenko yalnız 6% səs toplaya bilib.

Rəsmi nəticələr “exit-poll”-un nəticələri eyni olsa, ikinci turda prezidentlik uğrunda Yanukoviç və Timoşenko mübarizə aparacaq. İkinci tur 2010-cu il fevralın 7-də keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR