İslam Kərimov qızını Özbəkistanın İspaniyadakı səfiri təyin edib

İslam Kərimov qızını Özbəkistanın İspaniyadakı səfiri təyin edib
# 21 yanvar 2010 17:06 (UTC +04:00)
Bakı – APA. Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova bu ölkənin İspaniyadakı səfiri təyin olunub. APA-nın İspaniyanın “El Pais” qəzetinə istinadən verdiyi məlumata görə, o, etimadnaməsinin surətini bu ölkənin Xarici İşlər Nazirliyinə yanvarın 18-də təqdim edib. G. Kərimova bu vəzifəyə 2009-cu ilin sonlarında təyinat alıb.

37 yaşlı G. Kərimova Özbəkistanda daha çox estrada müğənnisi və zinət əşyalarının dizayneri kimi tanınsa da, diplomatik sahədə də böyük təcrübəsi var. O, 2003-2005-ci illərdə Özbəkistanın Moskvadakı səfirliyində müşavir işləyib, sonra XİN-də çalışıb, 2008-ci ildə isə nazirin humanitar və mədəni məsələlər üzrə mavini təyin olunub.

2008-ci ilin sentyabrından Özbəkistanı BMT-nin Cenevrədəki ofisində təmsil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR