Qazaxıstan NATO və KTMT-nin birgə görüşünü keçirməyi təklif edir

Qazaxıstan NATO və KTMT-nin birgə görüşünü keçirməyi təklif edir
# 28 yanvar 2010 00:10 (UTC +04:00)
Bakı-APA. Qazaxıstan 2010-cu ildə Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirlərinə dair müşavirə çərçivəsində beş regional təşkilatın (ATƏT, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avropa İttifaqı, NATO və MDB) rəhbərlərinin iştirakı ilə hazırda mövcud təhlükəsizlik konsepsiyalarının müzakirəsi və Avropada gələcək təhlükəsizlik məsələlərinin müzakirəsi üçün görüşün keçirilməsi ehtimalını nəzərdə keçirir.

APA-nın utro.ru-ya istinadən yaydığı xəbərə görə, bu barədə Qazaxıstanın KTMT-dəki səlahiyyətli nümayəndəsi Vladimir Alesin məlumat verib.

Onun sözlərinə görə, Avropada gələcək təhlükəsizlik kontekstində Qazaxıstan bir sıra dövlətlər tərəfindən Afinada Vankuverdən Vladivostokadək ayrılmaz təhlükəsizliyin möhkəmləndirilməsinə dair müxtəlif ideyaların müzakirəsinə hazırlıq nümayiş etdirməsini dəstəkləyir.

«Burada, sözsüz ki, Rusiyanın Avropa təhlükəsizlik konsepsiyasının işlənib hazırlanması təşəbbüsü də daxildir», - deyə V.Alesin bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR