Telman İsmayılov Soçidə Olimpiada üçün 4 min otel nömrəsi tikəcək

Telman İsmayılov Soçidə Olimpiada üçün 4 min otel nömrəsi tikəcək
# 03 aprel 2010 00:37 (UTC +04:00)
Baku-APA. AST şirkətlər qrupunun sahibi Telman İsmayılov Soçi Olimpiadasına qədər bu şəhərdə 4 min otel nömrəsi tikəcək. APA-nın məlumatına görə, bu barədə RİA Novosti öz mənbəsinə istinadən məlumat yayıb.

«Müqavilə cümə axşamı bağlanıb. Söhbət 4 min otel nömrəsinin tikintisindən gedir», deyə mənbə bildirib.

«Olimpstroy»da isə bu məlumatı təsdiq edərək bildiriblər ki, sonuncu sərmayəçi ilə Olimpiadanın otel nömrələrinə olan ehtiyacı ödənilir.

Şirkətdən qeyd ediblər ki, Soçidəki bütün otellər sərmayəçilərin hesabına tikilir. 42 min otel nömrəsinin tikilməsi nəzərdə tutulur. Təkcə jurnalistlər üçün 8 min nömrə lazımdır.

Bir sıra mehmanxanalar Olimpiadadan sonra yaşayış üçün istifadə olunmaq məqsədilə apart-otel şəklində tikilir.

Hazırda Soçidə 5 minə yaxın otel nömrəsi var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR