Polşa prezidentinin qəzaya uğramış təyyarəsinin göyərtəsində olan hökumət üzvlərinin adları açıqlanıb – YENİLƏNİB

Polşa prezidentinin qəzaya uğramış təyyarəsinin göyərtəsində olan hökumət üzvlərinin adları açıqlanıb – <font color=red>YENİLƏNİB</font>
# 10 aprel 2010 11:48 (UTC +04:00)
Polşa mətbuatının məlumatlarına görə, qəza nəticəsində Polşa prezidenti Lex Kaçinski və onun həyat yoldaşı xanım Mariya Kaçinskaya həlak olublar. Qəzaya uğramış təyyarənin göyərtəsində rəsmi nümayəndə heyətinin 88 nəfər üzvü olub və bütün sərnişinlər həlak olub.

Artıq onların bir qisminin adları açıqlanıb:

1. Vladıslav Stasyak, prezident dəftərxanasının rəhbəri;
2. Aleksandr Şiqlo, Milli Təhlükəsizlik Bürosunun başçısı;
3. Yatsek Sasin, prezident dəftərxanası rəhbərinin müavini;
4. Pavel Vıpıx, prezident dəftərxanasının katibi;
5. Stanislav Komorovski, müdafiə nazirinin müavini;
6. Tomaş Merta, mədəniyyət və milli irs nazirinin müavini;
7. Matsey Plajinski, Seymin (parlament) keçmiş marşalı;
8. Mariuş Xandzlik, prezident dəftərxanasının rəsmisi;
9. Mariuş Kazana, diplomatiya protokolunun başçısı;
10. Andjey Kremer, xarici işlər nazirinin müavini;
11. Andjey Pşevoznik, Mübarizə və Əzabkeşliyin Mühafizəsi üzrə Dövlət Şurasının baş katibi;
12. Qjeqoj Dolnyak, millət vəkili;
13. Zbiqnev Vasserman, millət vəkili;
14. Leşek Deptula, millət vəkili;
15. Yolanta Şımanek-Dereş, millət vəkili;
16. Stanislav Zayats, millət vəkili;
17. İzabella Yaruqa-Novatska, millət vəkili;
18. Aleksandra Natali-Sviyat, millət vəkili;
19. Arkadiuş Rıbitski, millət vəkili;
20. Sebastyan Karpinyuk, millət vəkili;
21. Vislav Voda, millət vəkili;
22. Edvard Voytas, millət vəkili;
23. Yanina Feklinskaya, millət vəkili;
24. Pşemıslav Qosevski, keçmiş baş nazirinin müavini;
25. Yanuş Kurtıka, Milli Yaddaş İnstitutunun başçısı;
26. Rışrad Kaçorovski, eks-prezident;
27. Yeji Bar, Polşanın Rusiyadakı səfiri;
28. Kşiştof Putra, vitse-spiker;
29. Yeji Şmaydzinski, vitse-spiker;
30. Kristina Boçenek, vitse-spiker;
31. Frantişek Qonqor, Silahlı Qüvvələrin Baş Qərargahının rəisi;
32. Slavomir Skşipek, Milli Bankın sədri;
33. Yanuş Koçanovski, insan haqları üzrə komissar;
34. Tadeuş Ploski, general, ordu yepiskopu;
35. Qrajina Qesitska, sabiq regional inkişaf naziri.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR