Qığrızıstanın müvəqqəti hökuməti Bakiyevə ultimatum verib

Qığrızıstanın müvəqqəti hökuməti Bakiyevə ultimatum verib
# 13 aprel 2010 08:31 (UTC +04:00)
Bişkek-APA. Qırğızıstanın müvəqqəti hökuməti prezident Kurmanbek Bakiyevə ultimatum verib. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, ultimatumda bildirilir ki, Bakiyev ya bu gün Bişkekə qayıtmalı, ya da onu həbs edəcəklər. Bundan başqa müvəqqəti hökumət prezident Bakiyevi toxunulmazlıq hüququndan məhrum edib. Müvəqqəti hökumətin baş nazirinin müavini Əzimbek Beknazarov bildirib ki, məhz səlahiyyətlərdən məhrum edilməsinə əsaslanaraq Bakiyevin həbsi haqqında order imzalanacaq: “Biz bu günə qədər onu gözləyirdik, Bakiyev isə hələ Cəlalabadda mitinqlər keçirir”. Bakiyevə qarşı hansı maddə ilə cinayət işinin başlanacağı açıqlanmır. “Xəbər” agentliyinin yaydığı məlumata görə, hökumət Konstitusiya Məhkəməsinin də fəaliyyətini dayandırıb. Beknazarov bu addımı ölkədə qeyri-stabilliyə gətirib çıxaracaq qərarların qəbulunun qarşısını almaq istəyi ilə əsaslandırıb. Xatırladaq ki, bu səhər Cəlalabadda prezident tərəfdarlarının mitinqi başlayıb. Mitinqdə 3 mindən artıq insan iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR