Bakiyev tərəfdarları Cəlalabad TV-nin binasını tutublar

Bakiyev tərəfdarları Cəlalabad TV-nin binasını tutublar
# 17 aprel 2010 16:10 (UTC +04:00)
Bakı – APA. Qırğızıstanın cənubundakı Cəlalabad vilayətində sabiq prezident Kurmanbek Bakiyevin tərəfdarları JTR adlı regional telekanalın binasını tutublar.

APA-nın “24.kg”yə istinadən məlumatına görə, onlar telekanalın direktoru Baktıkan Ajımamatovanın kabinetinə daxil olaraq efir vaxtı tələb ediblər.

Uzun sürən danışıqlardan sonra Bakiyev tərəfdarlarının çıxışının videoyazısının nümayiş etdirilməsi qərara alınıb. Belə ki, JTR yalnız saat 18.00-dan 00.00-a qədər efirə çıxmaq hüququna malikdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR