Məhkəmə Qırğızıstanın sabiq daxili işlər nazirinin həbsinə sanksiya verib

Məhkəmə Qırğızıstanın sabiq daxili işlər nazirinin həbsinə sanksiya verib
# 27 aprel 2010 07:27 (UTC +04:00)
APA-nın məlumatına görə, o, vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. Xatırladaq ki, Talasda keçirilən mitinq zamanı müxalifət nümayəndələri daxili işlər nazirini döyərək ona ağır bədən xəsarəti yetirmişdi. Daha sonra ölkəni tərk edən Konqantiyev Moskvada həbs olunaraq Bişkekə gətirilib. Sabiq nazirə qarşı iki və daha artıq şəxsin ölümünə səbəb olan hərəkətlərlə bağlı ittiham irəli sürülməyib. Buna səbəb Bişkekdə baş verən hadisələr zamanı nazirin yaralı vəziyyətdə naməlum yerdə olması və əmr vermək qabiliyyətinin olmadığı faktının təsdiqlənməsidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR