Qırğızıstanda dövlət çevrilişindən dəymiş ziyan hesablanıb

Qırğızıstanda dövlət çevrilişindən dəymiş ziyan hesablanıb
# 30 aprel 2010 19:34 (UTC +04:00)
Bakı-APA. Qırğızıstan dövlət komissiyasının ikinci iclasında ölkədəki iğtişaşlardan sahibkarların 6,8 milyon dollar ziyana düşdükləri bəyan edilib.

Zərərçəkmiş biznesmen və icarəçilərin ictimai birliyinin sədri Burulkan Usubakunovanın sözlərinə görə, Bişkekin 3 iri ticarət mərkəzləri – «Vəfa», «Dordoy-Plaza» və «Qoin»ə dəymiş ziyan 5,3 milyon dollardan artıqdır.

Qırğızıstan DİN 279 biznesmenin şikayəti əsasında 119 cinayət işi açıb. Müvəqqəti Dövlət əmlakı naziri müavini Almasbek İmanəliyevin sözlərinə görə, dövlət binalarına 3,9 milyon dollar həcmində ziyan dəyib.

Xatırladaq ki, Qırğızıstanda aprelin 6-7-də kütləvi iğtişaşlar baş verib. Nəticədə hakimiyyətə prezident Kurmanbek Bakiyevi devirmiş müvəqqəti hökumət gəlib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR