Viktor Yanukoviç Ukrayna səfirlərini kütləvi şəkildə vəzifələrindən azad edib

Viktor Yanukoviç Ukrayna səfirlərini kütləvi şəkildə vəzifələrindən azad edib
# 12 may 2010 18:25 (UTC +04:00)
Bakı-APA. Ukrayna prezidenti Viktor Yanukoviç fərmanla ölkənin xaricdəki bir sıra nümayəndəliklərində dəyişikliklər edib. Fərmanla Ukraynanın ABŞ-da və Fransadakı səfirləri Oleq Şamşur və Konstantin Timoşenko tutduqları vəzifələrindən azad ediliblər. Timoşenko həmçinin Ukraynanın Monakodakı səfiri və YUNESKO yanında daimi nümayəndəsi vəzifəsini icra edirdi.

Prezidentin fərmanı ilə ölkənin Polşada, Portuqaliyada və Avstriyadakı səfirləri Aleksandr Motsik, Rostislav Tronenko, Yevgeni Çornobrıvko, Belçika və Lüksemburqdakı rəsmi nümayəndə Yevgeni Berşed, Yunanıstan və Albaniyadakı səfir Valeri Tsibux, Liviyadakı nümayəndə Gennadi Lati, İordaniyadakı səfir Yuri Malko, həmçinin Braziliya, Qayana və Boliviyadakı səfir Vladimir Lakomov vəzifələrini itiriblər.

Bundan əlavə mayın 12-də Andrey Veselovskinin Ukraynanın Avropa İttifaqı yanında nümayəndə vəzifəsindən, həmçinin İqor Saqaçın Ukraynanın NATO yanında missiyasının rəhbəri vəzifəsindən azad ediliblər.

Ukraynanın xarici ölkələrdəki diplomatik missiyalarının rəhbərləri barədə ilk qərar hələ dünən verilib: prezident Yanukoviç ilk olaraq İsraildəki səfir İqor Timofeyev və Türkmənistandakı səfir Viktor Maykonu vəzifədən azad edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR