Aleksandr Hetaquri: “Azərbaycan və Gürcüstanın Qara dəniz vasitəsi ilə həyata keçirdiyi layihələr hamı üçün açıqdır ”

Aleksandr Hetaquri: “Azərbaycan və Gürcüstanın Qara dəniz vasitəsi ilə həyata keçirdiyi layihələr hamı üçün açıqdır ”
# 19 may 2010 04:51 (UTC +04:00)
Ozurqeti. Nizami Məmmədzadə-APA. “Mən qeyd etmək istəyirəm ki, “Sokar Qeorqia Qas” Gürcüstana daxil olub. Əhalinin qazla təmin edilməsində fəal işlər görür. Biz ən ucqar rayon olan Ozurqetidəyik “Sokar Qeorqia Qas”-ın ikiillik proqramından sonra bu şirkət iki ildən sonra Gürcüstanın qazlaşdırılmasını 75 faiz səviyyəsinə çatdıracaq.”

Bu sözləri Ozurqeti rayonunda yeni qaz paylayıcı şəbəkənin istifadəyə verilməsi mərasimində Gürcüstanın energetika naziri Aleksandr Hetaquri jurnalistlərə bildirib. Onun sözlərinə görə, Gürcüstanda əhalinin qazla təmin edilməsindən hamı xeyir görür. “Təbii qaz odundan çox ucuzdur. Bu, digər yanacaqlardan 2-3 dəfə ucuz başa gəlir. Əhali qənaət hesabına öz sosial həyat tərzini yüksəldir. Eyni zamanda bu yol ilə burada kiçik müəssisələr də açmaq olar. Nəticədə onları işlə təmin etmək də olar.”

Gürcüstanın energetika naziri APA-nın “Azərbaycan-Gürcüstan və Rumıniya” memorandumu üzrə digər alternativ marşrut da ola bilərmi?” sualını cavablandırıb.
“Biz hazırda Gürcüstan limanından Rumıniyanın Konstanta limanınadək sıxılmış Azərbaycan qazının nəqli üzərində işləyirik. Bu müddətdə biz yalnız bu layihə ilə məşğuluq. Gələcəkdə görülən işlər göstərəcək ki, qazın daha yaxşı nəqli yolları ya boru kəməri ilə, ya da sıxılmış formada nəql ediləcək. Fikirləşirəm ki, qazın sıxılmış vəziyyətdə nəqli daha perspektivlidir, nəinki, Qara dənizin içi ilə çəkilmiş qaz boru kəməri ilə.
Azərbaycan və Gürcüstanın Qara dəniz vasitəsi ilə həyata keçirdiyi layihələr hamı üçün açıqdır. Kimsə, müəyyən mərhələdə bu layihələrə qoşulmaq istəyirsə, biz buna etiraz etmirik.”
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR