Cənubi Kuril adalarında zəlzələ baş verib

Cənubi Kuril adalarında zəlzələ baş verib
# 08 iyun 2010 02:36 (UTC +04:00)
Bakı-APA. Cənubi Kuril adalarında 4,3 bal gücündə zəlzələ baş verib. Rusiya Elmlər akademiyası Geofizika xidmətinin məlumatına görə, zəlzələnin mərkəzi Şikotan adasının yaxınlığında 90 km dərinlikdə olub.

Təkan yerli vaxtla 04.46-da (Bakı vaxtı ilə 22.46) qeydə alınıb. Malokurilskoye kəndinin icra hakimiyyətinin başçısı Mixail Mekerovun sözlərinə görə, zəlzələ adada hiss edilməyib, tələfat və dağıntı yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR