Qırğızıstanın Oş şəhərində vəziyyət qismən stabilləşib

Qırğızıstanın Oş şəhərində vəziyyət qismən stabilləşib
# 11 iyun 2010 03:28 (UTC +04:00)
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə hadisə yerində olan şahid məlumat verib.

Etnik əhalisi əsasən özbəklərdən ibarət olan Oş şəhərində cümə axşamı gecə yarısı radələrində gənclərin kütləvi davası baş verib ki, bu da şəhərin müxtəlif yerlərində narahatçılığa səbəb olub. Dava iştirakçılarının böyük hissəsi Oş şəhərinin mərkəzində yerləşən “Alay” mehmanxanasının qarşısında cəmləşib. İştirakçılar maşınları yandırıb, mağaza və internet klublarda soyğunçuluq törədiblər. Hadisə ilə bağlı olaraq Oş, Uzqen və bir sıra başqa rayonlarda fövqəladə vəziyyət elan edib. Oş şəhərinə qoşun yeridilib.

Hazırda şəhərin mərkəzində sakitçilikdir. Lakin şəhər ətrafında ara sıra atəş səsləri eşidilir.

Şahidlərin verdiyi xəbərə görə, kütlənin dağıdılması üçün BTR-dən havaya atəş açılıb.
Təsdiqlənməmiş məlumatlara görə, şəhərdə xəsarət alanlar var.
Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil. Hadisə iştirakçıları hökumətdən heç nə tələb etmir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR