Oş şəhərində baş vermiş iğtişaşlarda ölənlərin sayı 46-ya çatıb

Oş şəhərində baş vermiş iğtişaşlarda ölənlərin sayı 46-ya çatıb
# 12 iyun 2010 01:49 (UTC +04:00)
Bakı-APA. Dəqiqləşdirilmiş məlumatlara görə, Oş şəhərində baş vermiş iğtişaşlarda ölənlərin sayı 46-ya çatıb. Bu barədə Qırğızıstan Səhiyyə nazirliyindən məlumat veriblər.

451 nəfər isə yaralı halda xəstəxanalara çatdırılıb.

«646 nəfər tibbi yardım üçün müraciət edib, onlardan 451 nəfəri xəstəxanalara çatdırılıb», deyə Səhiyyə nazirliyindən bildiriblər.

Nazirliyin məlumatına görə, «yaralıların 55%-i ağır vəziyyətdədirlər».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR