Qırğızıstandakı qardaş qırğınında ölənlərin sayı sürətlə artır, özbəklər Oşu tərk edir

Qırğızıstandakı qardaş qırğınında ölənlərin sayı sürətlə artır, özbəklər Oşu tərk edir
# 12 iyun 2010 09:30 (UTC +04:00)
Şahidlər özbəklərin kompakt yaşadığı yaşayış sahələrində çoxlu sayda yaralının olduğunu deyiblər. Bu rayonlar barrikadalar və aqressiv əhval-ruhiyyəli kütlə tərəfindən mühasirədə saxlanıldığından yaralıları xəstəxanalara çatdırmaq olmur. Oş şəhərində çoxlu sayda mağaza, kafe, bank, yataqxana, bina, avtomobil və iki teatr binası yandırılıb. Şəhər tüstü içindədir.

Vilayət mərkəzinə ətraf rayonlardan qırğızların axını davam edir. Son məlumata görə, ölənlərin sayı 50-ni ötüb, 600-dən çox yaralı var. Xəstəxanada müalicə olunan 450 nəfərdən yarısının vəziyyəti ağırdır.
Vilayətə göndərilmiş hərbi qulluqçulara asayişi təmin etmək üçün odlu silahdan istifadə etməyə icazə verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR