Qırğızıstanda baş verən toqquşmalarda ölənlərin sayı 114-ə çatıb

Qırğızıstanda baş verən toqquşmalarda ölənlərin sayı 114-ə çatıb
# 14 iyun 2010 07:33 (UTC +04:00)
Oş vilayətində 92, Cəlalabad vilayətində isə 22 nəfər ölüb. İyunun 11-dən ümumilikdə 1423 nəfər tibbi yardım üçün müraciət edib, onlardan 754-ü xəstəxanaya yerləşdirilib.

Şahidlərin sözlərinə görə, ötən gecə Oşda nisbətən sakit keçib, küçələrdə atəş səsləri eşidilməyib.

Şəhərdə yerli liderlərin, qırğız və özbək ağsaqqalların iştirakı ilə barışıq tədbirləri həyata keçirilib. Cəlalabadda da ötən gecə nisbətən sakit keçib. Oş və Cəlalabad şəhərlərində komendant saatı davam edir.

Bu arada Cəlalabad vilayətinin komendantı Kutatbek Baybolov Oşda etnik toqquşmaların təşkilində təqsirli bilinən şəxsin həbs olunduğunu açıqlayıb. K. Baybolov həmin şəxsin tanınmış siyasətçi olduğunu, hazırda ifadə verdiyini deyib: “O, ifadəsində baş verənlərdə digər siyasi partiyaların təmsilçilərinin də iştirak etdiyini bildirib”.

Lakin həbs olunan şəxsin kimliyi istintaq maraqlarına görə açıqlanmır. Onun ifadəsinə görə, qarşıdurma yaratmaqda məqsəd ölkədə keçirilməsi planlaşdırılan referendumun qarşısını almaq və hazırkı hakimiyyəti devirmək olub.

Qırğızıstanda yaranmış vəziyyətlə əlaqədar BMT baş katibi Pan Gi Mun oraya xüsusi nümayəndəsini göndərməyə qərar verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR