Türkiyə öz vətəndaşlarını Qırğızıstandan çıxarmaq üçün iki təyyarə göndərir

Türkiyə öz vətəndaşlarını Qırğızıstandan çıxarmaq üçün iki təyyarə göndərir
# 14 iyun 2010 14:41 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu deyib ki, Türkiyə vətəndaşlarının qarşıdurmalar olan Qırğızıstanın cənub bölgəsindən çıxarılması üçün Oş və Cəlalabad şəhərlərinə iki təyyarə göndərəcək. Türkiyənin Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Nejat Akçala isə evakuasiya prosesinin iyunun 14-də axşam saatlarından başlayacağını bildirib. İlkin olaraq evakuasiya olunanların sayı barədə isə məlumat verilmir.

Analoji prosesin Çin Xalq Respublikası tərəfindən də həyata keçirilməsi nəzərdə tutulub.

Oş və Cəlalabad şəhərlərində təhsil alan 100-ə yaxın hindistanlı tələbə isə bu ölkəni tərk etmək barədə öz dövlətlərinə müraciət ediblər.

Qırğızıstanda yaşayan özbəklər isə baş verən hadisələr səbəbindən qonşu Özbəkistana qaçıblar. Özbəkistan Xarici İşlər Nazirliyinin məlumatına görə, artıq özbək qaçqınların sayı 75 minə çatıb. Qırğızıstan hökuməti isə özbək qaçqınların sayının 6 mindən aşağı olduğunu açıqlayıb və qaçqınlardan da bir qisminin Qırğızıstana qayıtmaq istəkləri olduğu bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR