AŞPA prezidenti Batumidə Gürcüstan Konstitusiya məhkəməsinin sədri ilə görüşüb

AŞPA prezidenti Batumidə Gürcüstan Konstitusiya məhkəməsinin sədri ilə görüşüb
# 15 iyun 2010 22:25 (UTC +04:00)
Batumi. Nizami Məmmədzadə-APA. Batumidə AŞPA-nın prezidenti Mövlud Çavuşoğlu Gürcüstan Konstitusiya məhkəməsinin sədri Georgi Papuaşvili ilə görüşüb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə bir sıra vacib məsələlərlə yanaşı, Konstitusiya komissiyasının işi də müzakirə obyekti olub. Çavuşoğlu görüşdə qeyd edib ki, bu prosesin gedişinə müxalifət nümayəndələri də dəvət olunması vacibdir.
Görüşdən sonra Gürcüstan Konstitusiya məhkəməsinin sədri Papuaşvili jurnalistlərə açıqlamasında bildirib ki, AŞPA prezidenti bizim əməkdaşlığımızın perspektivləri ilə maraqlanıb. “AŞPA prezidenti Gürcüstanda gedən proseslərlə maraqlanıb. Biz birlikdə bir sıra məsələləri, o cümlədən Türkiyə ilə əməkdaşlıq məsələlərini də müzakirə etdik.”- məhkəmə sədri vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR