Rusiyalı jurnalist: “Gürcüstanda demokratik islahatlar və irəliləyiş var”

Rusiyalı jurnalist: “Gürcüstanda demokratik islahatlar və irəliləyiş var”
# 16 iyun 2010 00:25 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. “Gürcüstanda demokratik islahatlar və irəliləyiş var. Siz öz ölkənizi özünüz qurursunuz, bu çox gözəldir”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstan paytaxtında “RİA Novosti”nin Tbilisi ofisində tanınmış rusiyalı jurnalist, ictimai xadim Matvey Qanopolski jurnalistlərlə görüşündə deyib.

Jurnalistlər qarşısında çıxış edən Matvey Qanopolski deyib ki, Gürcüstana kimin başçılıq etdiyi bəllidir. Amma Rusiyada biz hələ bunu yəqin etməmişik. “Bilmirik bizim prezidentimiz Dmitri Anatolyeviçdir, ya da Vladimir Vladimiroviç”.

M. Qanopolski Gürcüstanın daxilində gedən proseslərə açıqlama verməyəcəyini bildirib. “Bu, mənim işim deyil. Sizin hökumətdən narazılığınız sizin daxili işinizdir. Mən Rusiya vətəndaşıyam”, - deyə jurnalist vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR