Tiflis aeroportunda saxta Şengen vizası ilə Avropaya uçmaq istəyən Gürcüstan vətəndaşları saxlanılıb

Tiflis aeroportunda saxta Şengen vizası ilə Avropaya uçmaq istəyən Gürcüstan vətəndaşları saxlanılıb
# 16 iyun 2010 18:49 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan DİN xəbərinə görə, Tiflis hava limanında saxta Şengen vizası ilə Avropaya uçmaq istəyən Gürcüstan vətəndaşları saxlanılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan DİN açıqlama verib. DİN və Tiflis prokurorluğunun birgə həyata keçirdiyi operativ-istintaq tədbiri nəticəsində 4 nəfərdən ibarət saxta viza düzəldən cinayət qrupu saxlanılıb. Manana İluridze, İrina Esvanciya, Ketevan Çelidze və “Fortuna trevel” turizm agentliyinin təsisçisi Nora Buçukuri tutulublar. Onlar əlbir olaraq 4 min avroya pasporta saxta Avropa (Şengen) vizası vurmaqla məşğul olublar. Hava limanında saxlanılan vətəndaşların pasportlarında Ukraynadakı Fransa səfirliyi tərəfindən vurulmuş vizalar olub.
“Fortuna trevel” turizm agentliyinin təsisçisi Nora Buçukurinin evində və onun şirkətində axtarış zamanı saxta viza vurulmuş beynəlxalq pasport və cinayət yolu ilə əldə edilən 11 min avro götürülüb.
Fransa səfirliyi də fəal şəkildə baş verən cinayət işinin araşdırılmasına qoşulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR