Oş yaxınlığındakı özbək kəndində 49 nəfər həbs olunub

Oş yaxınlığındakı özbək kəndində 49 nəfər həbs olunub
# 21 iyun 2010 15:28 (UTC +04:00)
Oş-APA. Oş yaxınlığında özbəklərin yaşadığı Nəriman kəndində keçirilən əməliyyat zamanı 49 nəfər həbs olunub. APA-nın məlumatına görə, bu barədə hüquq müdafiəçisi Tolekan İsmayılov bildirib. Onun sözlərinə görə, saxlanan şəxslər istintaqa cəlb olunub. “İnterfaks” agentliyi isə Qırğızıstan xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən verdiyi məlumata görə, saxlanan şəxslərdən ən azı 7-nin muzdlu snayper olduğu müəyyənləşib. Xatırladaq ki, Nəriman kəndində təmizləmə əməliyyatına dünən start verilib. Əməliyyat zamanı iki kənd sakininin öldüyü, 20 nəfərin yaralandığı bildirilir. Qırğızıstan müvəqqəti hökumətinin rəhbəri Roza Otunbayeva təcili olaraq Oşa gedib. Səfərin Nəriman kəndində baş verən hadisələrlə əlaqədar olduğu bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR