Qazaxıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin əməkdaşı Bişkekdə saxlanıb

Qazaxıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin əməkdaşı Bişkekdə saxlanıb
# 25 iyun 2010 16:56 (UTC +04:00)
Bişkek-APA. Qazaxıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin əməkdaşı Erkin Derbubayev Bişkekdə saxlanıb. APA-nın məlumatına görə, onun saxlanması barədə xəbər iyunun 20-də yayılsa da, rəsmi dairələr informasiyanı bu gün təsdiqləyiblər. Derbubayevin maşınına baxış zamanı biri Qırğızıstana, dördü isə Qazaxıstana məxsus saxta maşın nömrəsi aşkarlanıb. Hazırda xüsusi xidmət orqanının əməkdaşı istintaqa cəlb olunub, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR