Medvedev: Belarus münaqişə vəziyyəti yaratmamalı idi

Medvedev: Belarus münaqişə vəziyyəti yaratmamalı idi
# 25 iyun 2010 20:04 (UTC +04:00)
Bakı-APA. Rusiya Belarusun münaqişə vəziyyətləri yaratmayacağına və Rusiya qazının alınması və tranziti üzrə öhdəliklərə əməl edəcəyinə ümid edir. Rusiya prezidenti Dmitri Medvedev belə bir bəyanatla çıxış edib.

«Münaqişənin yoluna qoyulması yaxşıdır. Çünki bu tipli hadisələri həmişə tez bitirmək düzgündür. Belarus tərəfi pulu ödədi. Bu yaxşıdır. Amma həqiqət naminə etiraf etmək lazımdır ki, onlar bunu daha əvvəl etməli idilər. Problem yaratmaq, borc yığmaq və son nəticədə belə münaqişə vəziyyətləri yaratmaq lazım deyildi», deyə G20 və G8-in sammitlərində iştirak etmək üçün Kanadada olan Medvedev bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR