Moskvada üç inkassator öldürülüb

Moskvada üç inkassator öldürülüb
# 27 iyun 2010 10:34 (UTC +04:00)
Naməlum şəxslər inkassatorları Üçüncü nəqliyyat dairəsinin 19-cu km-də güllələyiblər. Meyitlər Moskva vaxtı ilə saat 05.00-da (Bakı vaxtı ilə saat 6.00) aşkarlanıb.

Moskva Şəhər Daxili İşlər İdarəsində faktı təsdiqləyiblər. Hadisə yerində əməliyyatçılar işləyir. Faktla bağlı cinayət işi başlanıb.

Ölənlərin özəl mühafizə xidmətlərindən birinin əməkdaşları olduğu bildirilir. Meyitlər müayinə üçün ekspertizaya göndərilib.

Ölənlərə 10-dan artıq atəş açıldığı ehtimal edilir. Qətlin Makarov, yaxud TT tipli tapança ilə törədildiyi versiyasını irəli sürən əməliyyatçılar buna əsaslanaraq qatillərin iki nəfərdən az olmadığını bildirirlər. Atəşlərin hamısı avtomobilin işindən açılıb ki, bu da qatillərin öldürülənlərlə birlikdə avtomobilin içərisində olduqlarını söyləməyə əsas verir. Hüquq-mühafizə orqanlarının əməkdaşları artıq ortada təlimatın pozulması faktının olduğunu bildirirlər. Onların fikrincə, inkassatorlar təlimatı pozaraq, avtomobilə kənar şəxsləri mindirib və həmin şəxslərin qurbanına çevriliblər.

Araşdırma nəticəsində avtomobildə boş pul çantaları aşkarlanıb. Qatillərin nə qədər pul apardığı hələlik açıqlanmır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR