Qırğızıstanda referendum başa çatıb, Roza Otunbayeva özünü prezident elan edib

Qırğızıstanda referendum başa çatıb, Roza Otunbayeva özünü prezident elan edib
# 27 iyun 2010 20:51 (UTC +04:00)
Ölkədə 2000-dən artıq, ölkədən kənarda isə 40 seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermədə seçicilərin 64 faizi iştirak edib.

Yeni Konstitusiya Qırğızıstanı prezident respublikasından parlament respublikasına çevirir. Referendum iştirakçıları, həmçinin prezidentin vəzifələrini icra edən Roza Otunbayevanın səlahiyyətlərinin 31 dekabr 2011-ci ilə qədər uzadılmasına da münasibət bildirməlidirlər.

Referendumun ilkin nəticələri 2-3 gün ərzində elan olunmalıdır. Yekun nəticə isə bir həftə ərzində elan ediləcək.

Bu arada R. Otunbayeva artıq referendumun nəticələrinə görə, özünü prezident elan edib. O, ölkədə yeni hökumət formalaşdıracağını, bu hökumətin müvəqqəti deyil, daimi olacağını deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR